22.5 C
Bakı
28 İyun 2026 12:03
İdmanMüsahibə

“Azərbaycan millisi İsveç qədər güclü olmasa da…” – Marko Rossi

"Azərbaycan millisi İsveç qədər güclü olmasa da..." - Marko Rossi

Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi iyunda İsveç və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı danışıb.

 

 yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis millimizin ev oyunlarında yaxşı təsir bağışladığını bildirib:

“Bu iki rəqib bir-birindən fərqlidir. İsveç çox güclü komandadır və onların heyətində Avropanın TOP liqalarında çıxış edən oyunçular var. Onların əsasən üç müdafiəçi ilə oynadıqlarını və bütün meydanda birəbir mübarizə apardıqlarını bilirik. Bu səbəbdən bizə onlara qarşı oynamaq çox çətin olacaq. Azərbaycan isə İsveç qədər güclü olmasa da, ev oyunlarında yaxşı nəticələr göstərməyi bacaran bir komandadır. Orada da, İsveçə qarşı görüşdə də əsas məqsədimiz qələbə qazanmaqdır. Baxmayaraq ki, İsveçlə oyunda favorit sayılmaya bilərik”.

 

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 10-da Mərdəkandakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün DÇ-2022 də 4 oyun keçiriləcək

admin

Arda Gülər Avropa çempionatlarının tarixinə düşdü

redaktor

Planşeti sındıran Qurban Qurbanovun cəzalanmamasının SƏBƏBİ AÇIQLANIB

admin