İdman

“Qalatasaray”dan “Fənərbaxça”ya sərt cavab: “Rəzillər!”

 

“Fənərbaxça”nın derbi matçı ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə “Qalatasaray”dan cavab gecikməyib.

 

Tacxeber.com xəbər verir ki, klubun rəsmi səhifəsindən etdilən paylaşımda “Fənərbaxça” rəhbəliyi “rəzil” adlandırılıb.

 

“Qalatasaray”ın “Fənərbaxça”dan hər zaman üstün olduğu vurğulanan paylaşımda Acun Ilıcalı və digər rəhbər üzvlər “rəzil idarəçilər” kimi təqdim olunub. “Fənər” rəhbəliyinin “Qalatasaray”a qarşı xüsusi qısqanclığının olduğunu qeyd edilən qeyddə derbidəki qələbənin buna əyani sübutu olduğu bildirilib.

 

Xatırladaq ki, artıq uzun illərdir “Fənərbaxça” rəhbəliyi Türkiyə Futbol Federasiyasını “Qalatasaray”a qarşı tərəfli qərarlar verməkdə ittiham edir. Lakin bu məsələ ilə bağlı konkret bir sübut yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin