21 C
Bakı
20 Oktyabr 2026 14:35
CəmiyyətDünya

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

Miqrant deyəndə ağıla Avropa gəlir. Amma vətəndaş sayına nisbətdə ən çox miqrantın yaşadığı yer Körfəz ölkələridir.

BƏƏ-də ümumi əhalinin 89%-i ölkə vətəndaşı olmayan miqrantdır. Qətərdə 78%, Küveytdə 67%, Bəhreyndə 54%.

Səudiyyə Ərəbistanında əhalinin təxminən 50%-i miqrant, 50%-i vətəndaşdır. İordaniyada da az deyil, əhalinin 41%-i miqrantdır.

Amma bu ölkələr dünyanın ən təhlükəsiz, təmiz və qayda-qanunlu ölkələri sırasındadır.

Siz 5%-ə yaxın yerlinin idarə etdiyi Dubayda Fələstinə azadlıq aksiyası görmüsünüz? Və ya Qətərdə miqrantların mitinq keçirib hansısa hüquq tələb etdiyini eşitmisiniz?

Olmaz.

Dubayda çox olmuşam, oranın qanunlarını bilirəm. İşləməyə gəlmisənsə, buyur, qapılar açıqdır. Amma qaydanı pozdunsa cərimələr yağır.

Qırmızı işıqdan keçdin: 280 dollar cərimə, 12 qara bal və avtomobilin 30 gün saxlanılması.

Piyadaya yol vermədin: 140 dollar cərimə.

Yerə zibil atdın: 250 dollara qədər cərimə.

Qanunu ciddi şəkildə pozdunsa, deportasiya. Amma Avropadakı kimi rahat reyslə yox. Bölmədə başına elə oyun açırlar, yalvarırsan ki, buraxın, biletimi özüm alım, ölkəmə gedim.

Yəni yanaşma çox sadədir. İşləməyə, yaxşı pul qazanmaöa gəlmisənsə, buyur. Amma ölkənin qaydalarına əməl edəcəksən.

Keçən dəfə də yazmışdım, Avropada ən qatı, ən irqçi hökumət belə qurulsa, miqrant qəbul etməyə davam edəcəklər. Çünki Avropa ölkələrinin iqtisadiyyatı miqrant əməyinə möhtacdır.

Amma qanunlar sərtləşəcək. İnsan hüquqları zəifləyəcək. Səsini çıxaranı susdurmaq və əzmək üsulları güclənəcək.

Körfəz ölkələri göstərir ki, miqrant çoxluğu ilə təhlükəsizlik və nizam arasında ziddiyyət yoxdur. Məsələ miqrantı qəbul etməkdə yox, onu necə idarə etməkdədir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor