25 C
Bakı
14 Oktyabr 2026 14:09
Cəmiyyətİdman

Diqqət! Azərbaycan derbisi gəlir…

“Sabah” UEFA Çempionlar Liqasında “Slaviya” üzərində qələbə qazanıb azarkeşlərimizi sevindirdi. Ən azı bir həftə ərzində bu matçda barədə çox danışılacaq və bu, ölkə futbolunun təbliği baxımından çox önəmlidir. Eyni zamanda bu həftə “Sabah”ın yerli çempionatda “Qəbələ” ilə oyunu var. Amma daha çox maraq isə şübhəsiz ki, “bayquşlar”ın Misli Premyer Liqasındakı əsas rəqiblərinin qarşılamasında olacaq.

Bəli, müstəqil Azərbaycan çempionatları tarixinin iki daimi iştirakçısı olan iki komanda bu həftə yenidən üz-üzə gəlir.

“Qarabağ” və “Neftçi”! Əzəli və əbədi rəqiblər.

“Neftçi”ni yenidən dirildən adam Yuri Vernidubla “Qarabağ”ın müasir tarixini yaradan Qurban Qurbanovun dueli.

Turnir cədvəlində hansı pillələrdə qərarlaşmalarından asılı olmayaraq bu iki komandanın öz aralarındakı matçı daim prinsipiallığı ilə fərqlənib. Son illər isə bu Azərbaycan derbisi həqiqətən futbolumuza xüsusi rəng qatır. Meydanda idman mübarizəsinin, tribunalarda isə azarkeş sayının daha da artdığına şahid oluruq.

2025/26 derbisindən bir xatirə

Güman ki, bu dəfə də belə olacaq.

“Qarabağ”la “Neftçi”nin 2026/27 mövsümündə ilk matçı isə xüsusən maraq doğurur. “Neftçi” 7 oyundan, “Qarabağ”la “Sabah” isə 6 matçdan hər biri 16 xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda yer alıb. Odur ki, “amansız” çempionluq yarışında bu komandaların hədəfi bəllidir: xal itirməmək və yalnız qələbə qazanmaq.

Deməli, bizi bu həftə yeni mövsümün ilk derbisində həyəcanlı qarşılaşma gözləyir.

Odur ki, stadiona gedib “Qarabağ” – “Neftçi” matçını canlı izləyin, futboldan zövq alın!

Tarix: 17 oktyabr, saat 19:00

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu.

Oyunçu aparsın!

Elnur

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qurban olum Məhəmmədin şəriətinə!”

redaktor

Qardaşlıqdan danışırıqsa, faktları da unutmayaq

redaktor

Hicabdan xilafətə: Türkiyə–Azərbaycan qardaşlığını təhlükəyə atan çağırışlar

redaktor