Mədəniyyət

AYB Elza Seyidcahana xəbərdarlıq etdi

Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb.

 

Tacxeber.com Kulis.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

 

İctimaiyyətin, xüsusən ədəbi mühitin nümayəndələri həmin materialda geniş auditoriyaya hörmətsizlik, cəmiyyətə meydan oxumaq, ədəbi dəyərləri, poeziyanı gözdən salmaq, onu gülüş obyektinə çevirmək, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmək kimi məqamlar görərək kəskin etiraz bildiriblər. Ortaq və doğru olan qənaət belədir ki, diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmır.

 

Qeyd olunan məqamlara, həmçinin üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

redaktor

O cür sənətkarın qızı küçələrdə qala bilməz, bu qaranlıq iş dərhal araşdırılmalıdır – Rasim Balayev

redaktor

Övladı olmadı, Bakını tərk etdi – “Qayınana”nın Afəti nə iş görür? – FOTO

redaktor