Son dövrlər devalivasiya təhlükəsi ilə bağlı müzakirələr getdikcə artır. Cəmiyyətdə COP29-dan sonra manatın dollar qarşısında ciddi dərəcədə ucuzlaşacağı ilə bağlı narahatlıqlar var. Bir çoxları düşünür ki, noyabrda gerçəkləşəcək beynəlxalq tədbirdən sonra, dövlət milli valyutanı üzən məzənnəyə keçirə bilər.
Bəs doğrudanmı ilin sonuna doğru manatın devalivasiya riski həqiqətən varmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, orta müddətli proqnozlara görə, devalivasiya ehtimalı olduqca yüksəkdir:
“Ümumiyyətlə, hər hansı valyutanın, xüsusən manat kimi bazar yolu ilə məzənnəsi müəyyən olunmayan valyutaların qısa müddətli LEY proqnozunu vermək olmur. Çünki dövlət inzibati yollarla məzənnəni saxlaya bilir. Hətta, obyektiv bazar konyekturası məcbur etsə belə, sabit saxlanır. Dəqiq proqnoz sadəcə 1 ildən-3 ilədək verilə bilər. Bunu deyə bilərəm ki, orta müddətli devalivasiya ehtimalı çox böyükdür. Çünki neft hasilatımız artıq azalır və azalmaqda davam edəcək. Bu isə o deməkdir ki, valyuta ehtiyatlarımız azala bilər”.
Ekspert qeyd edib ki, devalivasiya ehtimalının COP29-la heç bir əlaqəsi yoxdur:

