Mədəniyyət

“Yığışdırın tragikomik halınızı, Qəşəm Nəcəfzadə!” — Emil Rasimoğlu yazır…

Həə… əziz oxucum, Fridrix Nitsşeyə görə, kölə əxlaqında ömür sürən aciz adama onun öz mütiliyini xatırlatmaq həmin şəxsin şiddətli qəzəbini, müdafiə reaksiyasını və ressentimentli olmasını bir daha aşkara çıxardır…

Bəli, insan gərək üzünə (büsbütün həyati, əməli, insani mahiyyətinə!) sarı çevrilən sağlam GÜZGÜyə çınqıl daş atmaq, necə deyərlər, bir stəkan suda fırtına qoparmaq eşqinə düşməsin! Zatən bu addım həmin şəxsin növbəti intiharından və boşçoxluğa yuvarlanmasında başqa heç nəyi ifadə etməyəcək!… etmir də!

… Adama deyərlər ki, niyə səs-küy edib, hay-həşir salırsan ki?! Əməli, insani, vicdani baxımdan nəsənsə, kimsənsə, hansı görəvin, hansı yolun, izin adamı, hansı “səhnələr”in “aktyor”usansa, GÜZGÜ də onu göstərir!

Diksinmə, səbrli ol!.. Və barış mənəvi, əməli fiaskonla!.. Heç olmasa, ömrün bu çağında barış və xəcalət çək(!), elə xəcalət çəkdiyin qədər də etiraf et!.. Ki, bəlkə ayıbına kor olmağı öyrənəsən!

… Demək, dünən “sınmış subyekt” effektinin sahibi — dişlərinin güllə zədəsindən ütülənmiş surətinəcən mütiləşmiş bir ömrü yaşamaqdan usanmayan, istedadı olub da, üstün adı olmayan qul psixologiyalı Qəşəm Nəcəfzadə haqqında qələmə aldığım fundamental PORTRET YAZImdan SONRA ölkənin itaətizm girdabında boğulan (eləcə də ölkənin itaətizm girdabının yaşamasına səcdə edən!) bu qandal sevdalısı təzimdən qalxıb, Emil Rasimoğluna cavab vermək fikrinə düşüb. Amma və lakin(!) CAVAB verməyib haa (zatən verə biləsi CAVABı da yoxdur!), sadəcə cəhd edib — küçə, tin jarqonu, bayağı müstəvi(sizlik)də, rabitəsiz, məzmunsuz halda (bir az da özünü itirmiş vəziyyətdə!) öz bulanlığında çırpınıb!.. Və çırpındıqda qaranlıqların məğlub olmuş sifətinə çırpılıb!

… Deyəsən, daha unudub ki, bu məmləkətdə Qəşəm Nəcəfzadələr İNSANİ, VİCDANİ, ƏMƏLİ baxımdan Emil Rasimoğluların qarşısında dayanacaq, gözlərinin içinə dik baxacaq (xüsusən də bu mövzularda CAVAB verə biləcək!) heç sonuncu adam da deyil!.. ola da bilməz!

Mən Qəşəm Nəcəfzadələrin beyət etdiyi, baş qoyduğu dar ağacını, and yerinə çevirdiyi qanlı edam kötüklərini, kürək söykədiyi Nargin adasını onurğa sümüyümün kölgəsində dəfn etmiş, gömmüş adamam, ay zavallı!

… Digər tərəfdən, gözəlim məmləkətin həmin bu makiavellist Nəcəfzadə Qəşəmi bataqlıq tərkibli qeydlərinin bir hissəsində hələ üzümə qapıların bağlanmasından söz açıb, hətta az qala dəsmal da götürüb, hönkürmək də istəyir.

Deyim, qoy onu da bilsin ki(!), bu mühitdə, bu ölkədə Qəşəm Nəcəfzadələrdən fərqli olaraq(!) Emil Rasimoğlular qapı döyüb, qapı açmır, qapı açılması üçün imdad dilə(n)mir(!), ƏKSİNƏ(!), üzünə açılan hər qapıdan keçmir… keçməyi ÖZünə rəva bilmir! Keçmə namərd körpüsündən… MİSALI!

… NƏHAYƏT(!), ədəbiyyat müzakirəsinə gəldikdə isə Qəşəm Nəcəfzadə Emil Rasimoğlunun ədəbi təfəkkürünün və ədəbi prinsiplərinin kütləvilikdən uzaq olmasına da, qətiyyətinə də gözəl bələddir (həm də çox gözəl bələddir!), az da müzakirəmiz olmayıb! Alnının söz yerində o qədər güllə İZlərim var ki!.. Məmnunluqla özü də az öpməyib o ədəbi İZləri!

Sadəcə o, Qəşəm Nəcəfzadədir — yaradılışdan üzü bəri varlığındakı öfkəsizlikdən və vicdan mexanizminin yoxsulluğundan əziyyət çəkən Qəşəm Nəcəfzadə! Ona görə də bütün “tərzlərdə” danışmağa, hər cürə görünməyə “qadirdir”!

DANIŞMAQ DEMİŞKƏN, sən demə, (Qəşəm Nəcəfzadəyə görə!) Qəşəm Nəcəfzadə ilə kamera qarşısında ədəbi müzakirə aparmaq cəsarət imiş. Allah, Allah! Öz də görün kimlə — bütün “rolların” ifaçısı, plastilin, müti təbiətli Qəşəm Nəcəfzadə ilə!

Ayıbdır, yığışdırın bu tragikomik halınızı, Qəşəm Nəcəfzadə!..

Bir verilişiniz var idi, (ciddi ədəbiyyata bələd ola-ola, ədəbi dəyərlərə divan tutub!), yerli-yersiz ölkədə adam qalmamışdı ki, utanmazcasına ədəbiyyat, sənət, sənətkar adına təqdim, təbliğ və qarşısında əl çalıb, (adətiniz üzrə!) mədh etməyəsiniz! Hətta Sərvaz Hüseynoğluna qədər!
Çalağan yuvasına çevirmişdiniz İlahi həqiqətləri!.. Bəli, çalağan yuvasına!

MƏNİ DƏVƏT ETMƏYƏ GƏLDİKDƏ İSƏ… Öncə bildirim ki, MƏNləri verilişə dəvət etmək, yada salmaq və ümumilikdə MƏNləri görmək Qəşəm Nəcəfzadələrin BORCUDUR, amma və lakin(!) həmin an, həmin zaman mənim də BORCUM (həm də mütləq və Tanrısal borcum!) ÖZümə və SÖZümə ehtiramımdan (ÖZümə və SÖZümə sığışdırmadığmdan!) o kimi çalağan yuvasına çevrilən “yerlər”dən imtina etmək, uzaq olmaqdır! Dediyim kimi, ÖZümə və SÖZümə ehtiramımdan, ÖZümə və SÖZümə sığışdırmadığmdan!
Hələ o vaxt bu məsələ ilə bağlı CAVABım da olmuşdu buqələmun xislətli Nəcəfzadə həzrətlərinə!

MƏSƏLƏNİN BURASI DA BELƏ!..

İNDİSƏ, qayıdım məlum PORTRET YAZImın məğzinə…

Ağ işığın taleyinə tüpürüb, “maraq”, mənfəət güdükçüsünə çevrilən, büsbütün ədəbi, ilahi, ictimai, insani, əxlaqi həqiqətləri, dəyərləri qılıncdan keçirən (və ya keçirilməsinə şərait yaradan, şahidlik edən, edib də boyun bükən) Qəşəm Nəcəfzadə, demirsinizmi (?!), cəmiyyətdə şairin nüfuzu yoxdur…

Mən də mövcud fikrinizi (sizin əvəzinizə!) REDAKTƏ edib, təfsilatı ilə izah edirəm ki(!), elə Qəşəm Nəcəfzadələrin ucbatından, elə Qəşəm Nəcəfzadələrin timsalında, şəxsində cəmiyyətimizdə şairin, yazıçının nüfuzu yoxdur…

Buyurun(!), danışa bilirsinizsə, rəyiniz varsa, həmin PORTRET YAZImın mahiyyəti üzrə söz açın, danışın, ay yaradılış kodunda istismar şifrələrini daşıyan, çiyinlərinə qədər yalvarış adam! Əks halda, yenə deyirəm, yığışdırın bu tragikomik halınızı, rəzillik təəssüratınızı!..

 

Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Tacxeber.com

Oxşar xəbərlər

“Tanrının alnını xəcalət təri ilə görüşdürən Qəşəm Nəcəfzadə…” — Emil Rasimoğlu YAZIR…

redaktor

Milli kimliksiz, rus yönümlü ziyalılar

redaktor

Gülüş naminə hansı dəyərlər qurban verilir?

redaktor