“Hazırda Antverpenin bələdiyyə ibtidai və orta məktəblərindəki şagirdlərin ümumi sayının 56,1%-ni müsəlman şagirdlər təşkil edir. Bu demoqrafik baxımdan Antverpenin “İslam müstəmləkəçiliyinə” məruz qaldığını göstərir.”
20 il sonra bu uşaqlar Belçikanın idarə edəcəklər. Qərbi Avropa Xilafəti çox da uzaqda deyil. Əlbəttə, müsəlmanlara qarşı yeni səlib yürüşünə start verilməzsə – bu isə gözləniləndir.
Flandriya Belçikanın flamand (Niderland dilli) əhalinin yaşadığı şimal hissəsidir. Antverpen Flandriyanın ən böyük şəhəridir.
Belçikada səlahiyyətlər 3 bərabərhüquqlu səviyyə üzrə bölünüb:
Federal hökumət bütün ölkəyə aid olan ümumi məsələləri – xarici siyasət, müdafiə, ədliyyə, maliyyə, sosial təminat və daxili işləri idarə edir. Dövlət başçısı kral, hökumət başçısı isə baş nazirdir.
İqtisadiyyat, nəqliyyat, ətraf mühit, k/t və şəhərsalma kimi torpaqla bağlı məsələlərə isə ərazi əsaslı aşağıdakı 3 bölgə cavabdehdir:
Flandriya Bölgəsi (şimalda, niderlanddilli)
Valloniya Bölgəsi (cənubda fransızdilli və şərqdə kiçik almandilli hissə)
Brüssel Paytaxt Bölgəsi (rəsmi olaraq ikidillidir: niderland və fransız)
Brüssel coğrafi cəhətdən Flandriya bölgəsinin daxilində yerləşsə də, siyasi və inzibati baxımdan Flandriyaya daxil deyil – o müstəqil “Brüssel Paytaxt Bölgəsi” statusuna malikdir. Buna baxmayaraq, Flandriya hökuməti və Flamand parlamenti məhz Brüsseldə yerləşir.
