“Apple” Çinin “MiniMax” şirkətinə məxsus “Talkie” süni intellekt tətbiqini dünya üzrə “App Store”dan çıxarıb.
Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, qərar tətbiqdəki virtual personajların azyaşlılara seksual məzmunlu və təhqiramiz mesajlar göndərdiyinə dair jurnalist araşdırmalarından sonra verilib.
İddiaları ABC News və Araşdırmaçı Jurnalistika Bürosu yayıb. “Talkie” istifadəçilərə süni intellektlə yaradılmış personajlarla söhbət etmək imkanı verir.
Tətbiq “18+” kateqoriyasında göstərilsə də, uşaq təhlükəsizliyi müdafiəçiləri istifadəçilərin yaşlarını özlərinin bəyan etməsinə əsaslanan yoxlama mexanizmini zəif hesab edirlər.
“Reuters”in noyabrın 26-da yayımladığı materialda “Apple” və “MiniMax”ın şərh sorğularına dərhal cavab vermədiyi bildirilir.
