DünyaİqtisadiyyatKriminal

Avropada “yeraltı bank” şəbəkəsinə əməliyyat: 12 ölkədə axtarış, 21 həbs

Avropada saxta hesab-fakturalar və qeyri-rəsmi bank şəbəkəsi vasitəsilə ən azı 120 milyon avronun yuyulmasında şübhəli bilinən qrupa qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Tacxeber.com Avropa Prokurorluğunun noyabrın 26-da yaydığı məlumata istinadən xəbər verir ki, 12 ölkədə 300-dən çox axtarış və götürmə tədbiri aparılıb. Əməliyyata 3 mindən çox polis, vergi və gömrük əməkdaşı cəlb olunub. Almaniya, Belçika və Estoniyada 21 şübhəli saxlanılıb.

Axtarışlarda böyük məbləğdə nağd pul, lüks avtomobillər, bahalı saatlar, zinət əşyaları və elektron məlumat daşıyıcıları götürülüb.

İstintaqın versiyasına görə, qrup Almaniyada ən azı 22 formal şirkətə nəzarət edib. Bu şirkətlər göstərilməmiş xidmətlər üçün saxta hesab-fakturalar hazırlayıb. Digər müəssisələr isə həmin sənədlərdən əsassız ƏDV güzəştləri əldə etmək üçün istifadə ediblər.

Köçürülən pulların nağdlaşdırıldığı, bir hissəsinin saxta sənədləri alan şəxslərə qaytarıldığı bildirilir. Sxemin Almaniyada ən azı 18,9 milyon avro vergi itkisinə səbəb olduğu hesablanır.

İstintaq davam edir. Saxlanılan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilməyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Paşinyanın Konstitusiya oyunu: “Erməni xalqı” gedir, Qərbi azərbaycanlılara qayıdış yolu açılır?

redaktor

Qərbi “şeytan” adlandıran rusiyalı deputatın qızı Parisdə nişanlanıb

admin

Beyin çipi ilə cihaz idarə etmək: “Neuralink” yeni klinik sınağa icazə alıb

admin