Müşahide ve şahidlikden yol alaraq
Xalqın kürəyində yüksələn imtiyazlar, susan vicdanlar və itirilən milli məsuliyyət
Bir xalqın faciəsi yalnız torpaqlarının işğalı, sərvətlərinin talan edilməsi və siyasi müstəqilliyinin təhlükəyə düşməsi deyil. Ən böyük faciə xalqın ziyalı adlandırdığı insanların bir qisminin öz milli kimliyindən uzaqlaşması, cəmiyyətin qarşısında daşıdığı mənəvi məsuliyyəti unutmasıdır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandı. Dövlət bayrağımız dəyişdi, himnimiz səsləndi, milli ordumuz yarandı. Lakin bir həqiqət dəyişmədən qaldı: sovet təfəkkürü ilə formalaşmış bəzi elita nümayəndələri üçün müstəqillik yalnız yeni vəzifələr, yeni imtiyazlar və yeni imkanlar demək oldu.
Onların düşüncə sistemi dəyişdimi? Yox! Milli maraqlar şəxsi maraqlardan üstün tutulmağa başlandımı? Yox! Yoxsa sovet dövrünün idarəçilik vərdişləri müstəqil Azərbaycanın yeni institutlarında yaşamağa davam etdi? Bəli!
Bu gün həmin sualları verməyin vaxtıdır.
Fərhad Bədəlbəylinin şahmat taxtasına çevirdiyi Şuşa
Azərbaycanın tanınmış bəstəkarı və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri haqqında söylədiyi “İstanbula getmədi şah, Şuşaya gəldi, mat” ifadəsi cəmiyyətdə ciddi rezonansa, müzakirələrə səbəb oldu.
Sözlərin siyasi mənası nə olursa-olsun, ziyalının dilindən çıxan hər ifadənin ictimai məsuliyyəti var.
Şuşa şahmat taxtası deyil. Şuşa Azərbaycanın milli yaddaşıdır. Bu şəhərin azadlığı bir xalqın onilliklər boyu daşıdığı ağrının, mübarizənin və qələbənin nəticəsidir.
Ərdoğanın Şuşaya gəlişini şahmat gedişi kimi təqdim etmək nə dərəcədə doğrudur?
Azərbaycanla Türkiyənin münasibətləri siyasi oyunlardan daha böyük tarixi və mənəvi köklərə dayaniqli məna daşıyır. Bu qardaşlıq bir günün diplomatik hesablaşması deyil.
Bədəlbəylinin həmin ifadəsinə etiraz edənlərin əsas sualı da budur: görəsən, sənətkarın siyasi hadisələri dəyərləndirərkən istifadə etdiyi dilin mənşəyi türk olduğunu ve milli həssaslıqları da nəzərə alırmı?
Üstəlik, onun Şuşada torpaq almaq və ev tikmək istəməsi barədə yayılan iddialar da ictimai müzakirələrdə səslənir. Ancaq bu iddiaların sənədlə təsdiqlənməsi vacibdir. Şəxsi mülkiyyət arzusu özlüyündə qəbahət deyil; əsas məsələ torpaq əldə etmək istəyi ucun hansısa siyasi mövqeden çıxış ederek Moskvaya nə qədər sədaqətli olduğunu təzahür etdirdi. Plus prezidentimiizede edə biləcəyi yaltaqligi numayislarane seviyyede göstərdi. Akula iştahlı olaraq bir daşla iki quş vurmaq istədi.
Anarda yazıçılara ayrılan dövlət mənzillərini xalq deyimi ilə desək necə lumbutdu.
Azərbaycan Yazıçılar Birliyinin uzunillik rəhbəri Anarın fəaliyyəti də ciddi ictimai müzakirə mövzusudur. F. Bədəlbəyli kimi. Necə olur ki, bunlar uzun illər rektor, uzun illər Yazıçılar Birliyinin sədri olaraq çalışa bilirlər. Bu qədər səltənət sahibi olmaları Sovet sisteminin qorumaq səlahiyyətindən yaranmırmı?
2023-cü ildə 21 nəfərə mənzil verilməsi yazıçıların öz arasında narazılıq yaratdı. Mənzil alanlar arasında yaradıcı şəxslərlə yanaşı, Birliyin əməkdaşlarının da olması mübahisələrə səbəb oldu.
AYB rəhbərliyi bölgünü müdafiə etdi. Lakin ictimaiyyətin sualı dəyişmədi: dövlətin yaratdığı imkanlar hansı meyarlarla bölüşdürülür?
Bir yazıçı ömrünü ədəbiyyata həsr edir, kirayədə yaşayır, maddi çətinlik çəkir. Digər tərəfdən, təşkilatın əməkdaşlarının da mənzil alması müzakirə olunur. Katibə sürücü teserrugat müdiri də ev ala bilir. Çünki pulu var.
Burada məsələ kiminsə mənzil almaq hüququnu inkar etmək deyil. Məsələ ədalətli bölgü, şəffaflıq və ictimai hesabatlılıqdır.
Dövlətin ayırdığı mənzil heç bir təşkilat rəhbərinin şəxsi mülkü deyil. Dedesinin veresesi deyil.O, ictimai resursdur. Eləcə də Yazarların adına aldığı torpaqları satıb cibinə qoyur. İndide Tərcümə mərkəzinə gözünü dikib. Tərcümə mərkəzi Yazıçılara tabe olmalıdır. Deyir.
Polad Bülbüloğlu: uzun illərin vəzifə məsuliyyəti
Polad Bülbüloğlu 1988-ci ildən 2006-cı ilə qədər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Sonrakı illərdə Rusiyada diplomatik fəaliyyət göstərib. Qarabağla bağlı hansı fəaliyyəti olub?
Bu qədər uzun müddət mədəniyyət sahəsinə rəhbərlik etmiş şəxsin fəaliyyəti yalnız titullarla qiymətləndirilə bilməz.
Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması, milli musiqimizin qorunması, tarixi abidələrimizin vəziyyəti, muzeylərimizin inkişafı və gənc sənətkarların yetişdirilməsi onun rəhbərlik etdiyi dövrün nəticələri əsasında qiymətləndirilməlidir.
Sualımız budur: həmin illərdə Azərbaycan mədəniyyətinin hansı problemləri həll edildi, hansıları isə həll olunmamış qaldı?
Rusiyada Azərbaycanı təmsil etmək də böyük məsuliyyətdir. Səfirin işi yalnız diplomatik tədbirlərdə iştirak etmək deyil, Azərbaycanın dövlət maraqlarını və milli mədəniyyətini müdafiə etməkdir. Evləndi, boşandı xəbərlərini eşitdik ele.
Aqil Abbas: deputatın susmaq haqqı varmı?
Aqil Abbas həm yazıçı, həm jurnalist, həm də Milli Məclisin deputatıdır.
Deputatlıq xalqın etimadını təmsil edir. Deputatın əsas vəzifəsi xalqın problemlərini parlamentdə dilə getirmek səsləndirməkdir.
Əgər ölkədə sosial ədalətsizlik, mədəniyyət sahəsində şəffaflıq problemləri, yaradıcı insanların maddi sıxıntıları varsa, bu məsələlər parlamentdə müzakirə edilməlidir.
Aqil Abbasın Fərhad Bədəlbəylinin sözlərini müdafiə etməsi onu səviyyəli biri olduğunu özünün o səviyyədə olmadığını da utanmadan özünü asagilayaraq etiraf edib. ictimai müzakirəyə səbəb olan bu söhbət adamda təəssüf hissi dogur. O, Bədəlbəylinin çox yüksək “sənətkar” olduğunu və dediklərinin “doğru” olduğunu təsdiqləyib.
Lakin bir sənətkarın böyüklüyü onun hər siyasi fikrinin mübahisəsiz qəbul edilməsi demək deyil.
Deputatın borcu kiminsə nüfuzunu qorumaq yox, xalqin milli kimliyini qoruyaraq mübahisəli məsələlərdə cəmiyyətin suallarına cavab verməkdir. Xalq şairi M. Araz deməli “Ayağa dur Azərbaycan səninləyəm”
Çingiz Abdullayev və milli ədəbiyyatın məsuliyyəti .
Çingiz Abdullayevin əsərlərinin böyük hissəsini rus dilində yazması onun şəxsi yaradıcılıq seçimidir. Özü biler.Rus dilində yazan azərbaycanlı yazıçının milli kimliyini şübhə altına almaq düzgün deyil.
Ancaq Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan şəxsin ana dilinin inkişafı, milli ədəbiyyatın təbliği və gənc yazıçıların yetişdirilməsi qarşısında məsuliyyəti var.
Mənim sualım budur: AYB dövlət dəstəyindən istifadə edən bir qurum kimi öz fəaliyyətinin maliyyə və yaradıcılıq nəticələrini niyə daha geniş ictimaiyyətə təqdim etməsin?
Yazıçılara ayrılan vəsait, təqaüdlər, layihələr və mənzil bölgüsü şəffaf olmalıdır.
Əbülfəs Qarayev və xaricə çıxarılan Azərbaycan xalçaları
Bu məsələ artıq şəxsi münasibətlərdən yox, milli sərvətin taleyindən gedir.
Əbülfəs Qarayev 2006–2020-ci illərdə Azərbaycanın mədəniyyət naziri olub.
2022-ci ildə Böyük Britaniyanın Antiques Boutique saytında Azərbaycan xalçalarının satışa çıxarılması barədə məlumat yayıldı. Mədəniyyət Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını açıqladı.
Bu hadisə bir daha göstərdi ki, Azərbaycan mədəni irsinin qorunması sadəcə şüarlarla mümkün deyil.
Əgər Azərbaycan xalçaları xarici satış platformalarında peyda olursa, onların mənşəyi, ölkədən çıxarılma yolu və mülkiyyət tarixi araşdırılmalıdır. Bu bir çete işidir.
Əbülfəs Qarayevin nazir olduğu dövrdə bu cür halların qarşısının alınması üçün hansı nəzarət mexanizmləri işləyirdi?
Nazirin öz qızı bu xalçaların oğurlanıb satılmasında bir nömrəli adam idi
Nazirlik xaricdəki satışlardan nə vaxt xəbər tuturdu?
İtmiş muzey əşyalarının inventar siyahıları və araşdırmaların nəticələri niyə tam şəkildə ictimaiyyətə təqdim edilmir?
Bu suallara cavab verilməlidir. Çünki xalça bizim tariximizdir, onun ilmələrində xalqımızın yaddaş kodu yaşayır.
Sovet şinelindən çıxmaq mümkündürmü?
Mən rus dilini, rus mədəniyyətini və ya başqa bir xalqın ədəbiyyatını öyrənməyə qarşı deyiləm. Mədəniyyət sərhəd tanımır. Azərbaycan yazıçısı rus dilində də yaza bilər, ingilis dilində də, fransız dilində də.
Ancaq hansı dildə yazmağından asılı olmayaraq, insan öz xalqının tarixini, dilini və milli maraqlarını unutmamalıdır.
Mənim etirazım düşüncənin yerini tutan köhnə sovet təfəkkürünədir.
Müstəqilliyin otuz ildən çox yaşı var. Bəs niyə hələ də bəzi ictimai mövqelərdə sovet dövründən qalma imtiyaz və itaət münasibətlərinin izlərini görürük?
Niyə ziyalı bəzən xalqın sualını deyil, vəzifəli şəxsin razılığını qazanmağa çalışır?
Niyə dövlətin ayırdığı vəsaitin necə xərclənməsi barədə sual vermək narazılıq yaradır?
Niyə mədəniyyətin qorunması şəxsi nüfuzdan və vəzifə maraqlarından üstün tutulmur?
Ziyalının milliyyəti pasportunda deyil, vicdanındadır
Milli kimlik yalnız bayraqla şəkil çəkdirmək, rəsmi tədbirlərdə çıxış etmək və vətənpərvərlik şüarları səsləndirmək deyil.
Milli kimlik ana dilinə hörmət, xalqın tarixinə sahib çıxmaq, dövlət sərvətinə məsuliyyətlə yanaşmaq və haqsızlıq qarşısında susmamaqdır.
Ziyalı xalqın qarşısında hesabat verməkdən qorxmamalıdır.
Biz imtiyazlı təbəqə deyil, müstəqil düşünən ziyalılar istəyirik. Biz hakimiyyətin deyil, həqiqətin yanında dayanan sənətkarlar istəyirik.
Azərbaycanın gələcəyi sovet nostaljisi ilə yaşayan köhnə idarəçilik düşüncəsindən deyil, milli kimliyinə sahib çıxan, müasir dünyanı anlayan və xalqına xidmət edən yeni ziyalı nəslindən asılıdır.
Müstəqil Azərbaycanın ziyalısı olmaq böyük addır. Bu adı daşımaq üçün isə əvvəlcə xalqının qarşısında müstəqil vicdana sahib olmaq lazımdır.
