Kriminal

Törətmədiyi bir əmələ görə 72 yaşlı vəkilə 7 il iş verdilər

Bu gün tanınmış vəkil Namizəd bəy Səfərovun məhkəmə prosesində iştirak etdim. Törətmədiyi bir əmələ görə 72 yaşlı vəkilə 7 il iş verdilər. Son dərəcə kədərli bir mənzərədir. Ssenariləşdirilmiş bir ittiham əsasında saxta bir cinayət işi quraşdırıblar. Bir neçə ay davam edən 10 məhkəmə prosesndə cəmisi bircə şahid ifadəsi olub, o da zərəçəkən kimi təqdim edilən şəxsin ifadəsidir.

Zərərçəkən iddia edir ki, 2025-ci ilin dekabr ayının 5-də saat 17:neçədəsə Namizəd Səfərova 53 min manat pul verib. Namizəd bəy və onun vəkilləri isə rəsmi sənəd və lokeyşin məlumatları qoydular ortaya ki, 2025-ci ilin dekabr ayının 5-dən 8-nə qədər ümumiyyətlə Namizəd bəy Bakıda deyil, İsmayıllıda olub. Eyni ilə Tofiq Yaqublunun işinin oxşar variantı.

Zərərçəkən və şahid iddia edir ki, bəlli bir telefon nömrəsindən (nömrə məhkəmədə səsləndirildi) 2025-ci ilin mart-(9) dekabr aylarında Namizəd Səfərova bir neçə dəfə zəng edib. Hər iki şəxsin telefon nömrələrinə xidmət edən şəbəkə arayış verib ki, iddia olunan dövrdə qeyd edilən telefondan Namizəd bəyin telefonuna heç bir zəng gəlməyib. Yalnız Dekabr ayının 9-da Namizəd bəy həbs olunduqdan və telefonu əlindən alındıqdan sonra zərərçəkənin nömrəsindən onun artıq söndürülmüş telefonuna cavabsız zəng qeydə alınıb.

İşdə ən dəhşətli məqamlardan biri də, dekabr ayının 9-də Namizəd bəyin həbsindən sonra onun ofisində onun özünün (və ya nümayəndəsinin) və vəkilinin iştirakı olmadan polis tərəfindən axtarış aparılıb.

Diqqəti cəlb edən məqamlardan biri də 53 min manat pulu “gedən” zərəçəkən 10 məhkəmə prosesindən yalnız ikisinə gəlməsidir və həmin gəlişlər də Namizdə bəyin vəkillərinin ciddi təkidlərindən sonra mümkün olub. 53 min manat pulu gedən adam məhkəmələrə niyə gəlməsin, “dələduzluq” yolu ilə “əlindən alınmış” pulu ilə niyə maraqlanmasın.

Məhkəmə prosesi zamanı Namizəd bəy tərəfindən verilmiş 22, vəkilləri tərəfindən verilmiş 17 vəsatətin hamısı hakim (hakimlər heyəti) tərəfindən rədd edilib, işə aydınlaq gətirmək üçün təqdim edilmiş bu vəsatətlərin heç biri qəbul edilməyib.

Ölkədə siyasilərə, jurnalistlərə, blogerlərə, vətəndaş cəmiyyəti fəallarına, QHT təmsilçilərinə, gənc elmi tədqiqatçılara (Bəhruz Səmədov və İqbal Əbilov) qarşı yüzlərlə belə saxta işlər uydurulub. Görünən odur ki, ölkəmizdə hüquq mühafizə orqanları konstitusyon nəzarətdən çıxıb, DİN, Prokurorluq və Məhkəmə orqanları əlbir olaraq saxta cinayət işləri istehsal edən Mütəşəkkil Saxtakarlıq Şəbəkəsinə çevrilib. Bunun ayrı adı yoxdur!

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Avropada “yeraltı bank” şəbəkəsinə əməliyyat: 12 ölkədə axtarış, 21 həbs

admin

Ölkəmizdə “kriminal aləmin” mövcudluğu genişmiqyaslı problemə çevrilib

redaktor

Türkiyədə məşhurlara qarşı gecə əməliyyatı: Özcan Deniz və Deniz Çakır saxlanılıb

admin