29 C
Bakı
18 Avqust 2026 17:44
İqtisadiyyat

Ətin qiyməti qalxdı

 

Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.

 

Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.

 

Alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: “20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?”.

 

Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 – 15,50 manat arasında dəyişir: “Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir”.

Daha ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor

Azərbaycan benzini İrəvanda, erməni malları Bakıda

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin