22.6 C
Bakı
29 İyun 2026 10:14
Siyasət

Tahir Kərimlidən Pənah Hüseynə cavab: “Namizədliyimi irəli sürməmək barədə təzyiq olmayıb”

VI çağırış Milli Məclisin deputatı, Vəhdət Patiyasının sədri Tahir Kərimli Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin “Azad söz” kanalına verdiyi müsahibə zamanı onun haqqında səsləndirdiyi iddialara münasibət bildirib.

 

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, P.Hüseynlə sonuncu görüşü bir neçə ay əvvəl siyasi partiyaların birgə iclası zamanı olub.

 

Onun sözlərinə görə, Pənah Hüseynlə şəxsi və ya telefon əlaqəsi, seçki ilə bağlı söhbəti olmayıb: “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak etməmək barədə qərara müstəqil gəlmişəm və bu barədə öncədən – 08  iyul 2024 -cü ildə “Pravda.az” saytında  məlumat verilib. Mənə seçkidə namizədliyimi irəli sürməmək barədə kimsə tərəfindən hər hansı təzyiq olmayıb. Ümumiyyətlə isə, Pənah bəyə və digər partiya sədrlərinə tövsiyə edərdim ki, hər kəs öz məsuliyyətini dərk etsin və başqalarının adından deyil, öz adından danışsın”.

Tacxeber.com

Oxşar xəbərlər

Onlar da deputat olamaq istəyir.

admin

Paşinyanın Moskva səfərləri: seçki öncəsi balans oyunu

redaktor

Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfər EDƏCƏK

admin