19 C
Bakı
10 Oktyabr 2026 06:02
CəmiyyətHadisə

76 yaşlı AXCP üzvü saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun aprelin 4-də saxlanıldığı bildirilir.

 

Bu barədə Turan-a partiyadan bildirilib.

Qeyd olunub ki, Ə. İsmayılov martın 18-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunmuş AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin qohumudur.

S.Məmmədzadənin bacısı Tacirə Məmmədova bildirib ki, Əmrah İsmayılov günorta saat 12 radələrində polis tərəfindən saxlanılıb:

“Bu gün traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi də müdafiə edir. Ona görə tutublar”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor