Şou

“Mən o mahnını oxuyanda “Makaron” Bakıda çörək yeyirdi” – VİDEO

Əməkdar artist Elnarə Abdullayevanın 2022-ci ildə ARB-də yayımlanan “Tam vaxtıdır” verilişində səsləndirdiyi Edit Piafın “La Vie En Rose” mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gətirilib.

 

Tacxeber.com xəbər verir ki, tənqid atəşinə tuş gələn müğənniyə xalq mahnıları və muğam ifa etməyə davam etməsi tövsiyə olunub. Məsələni Fransa-Azərbaycan münasibətlərinə qədər aparanlar da olub…

 

E.Abdullayeva pravda.az-a açıqlamasında haqqında səsləndirilənləri yumorla qarşılayıb: “Mən daha nə deyim, bəyənən bəyənib, bəyənməyən bəyənməyib. Musiqi siyasətə qoşulmamalıdır. Nahaq qoşurlar… Özü də mən o mahnını ara qarışandan bəri heç oxumamışam, təzə ifa deyil, çoxdan oxumuşam. Fransa Prezidentinin adını da unutdum, hə, onda “Makaron” oturub Bakıda çörək yeyirdi. Mən nə bilim?”

 

Əməkdar artist repertuarında yeni xarici mahnıların olub-olmayacağı barədə suala isə gülərək belə cavab verib: “Vallah, ola bilər. Özü də çox ola bilər. Mahnıdır də, oxu getsin…”

 

Tacxeber.com

Oxşar xəbərlər

Xoşqədəm Doğuşdan boşanmaq üçün 1 milyon istədi

redaktor

Aftandil İsrafilovun qızı: “Bundan o yanası yoxdur”

redaktor

Nizami Rəmzinin qızı od püskürdü: “Namiq konsert verəndə…” – .VİDEO

redaktor