İdman

40 yaşlı Ronaldo bir oyunda 3 qol vurdu

Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunda “Əl-Nəsr”  “Əl-Tai”ni qəbul edib.

 

Tacxeber.comxəbər verir ki, Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda keçirilən görüşdə meydan sahibləri 5:1 hesabı ilə qalib gəliblər. 40 yaşlı hücumçu Kriştiano Ronaldo sözügedən matçda het-trik edib. Bu, onun çempionatda bu mövsüm vurduğu 26-cı qol olub.

 

“Əl-Nəsr” – “Əl-Tai” – 5:1

 

Qollar: Otavio, 20, Misidyan, 22 (1:1), Qarib, 45+7 (2:1), Ronaldo, 65 (3:1), 67 (4:1), 87 (5:1)

 

Qırmızı vərəqə: Misidyan, 36 (“Əl-Tai”)

 

Bu qələbədən sonra “Əl-Nəsr” 59 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Tai” 22 xalla 16-cı yerdədir.

 

Qeyd edək ki, Ronaldo fevralın 5-də 39 yaşını qeyd edib. O, dünya ulduzları arasında ən yaşlı futbolçu sayılır.

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin