22.8 C
Bakı
10 İyun 2026 02:17
Mədəniyyət

Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib.

 

Tacxeber.com xəbər verir ki, Lent.az-ın məlumatına görə, söhbət “Qəm pəncərəsi” filmindən gedir.

 

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.

 

Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.

 

Üstəlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara da ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət etmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.

 

Bu filmdə aktyorlara gündəlik yeddi manat, “kaprizli” eşşəklərə isə 10 manat qonorar yazılırmış.

 

Eyni hal “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində də yaşanıb. “Dədə Qorqud” filmində Rasim Balayevin Babək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış.

 

Qeyd edək ki, heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirib.

Tacxeber.com

Oxşar xəbərlər

Gülüstan Əliyeva məsxərəyə qoydu: “İfaçı”ları müğənni etmək üçün “fil doktoru” olmalısan” – VİDEO

redaktor

“Onların da arasında homoseksuallar var” – Rasim Balayev

redaktor

Anası aktyor olmağını istəmədi, 16 yaşından tum satdı – Ələsgər Məmmədoğlunun HƏYATI + VİDEO

redaktor