22.6 C
Bakı
29 İyun 2026 10:13
Sağlamlıq

Kişilər üçün təraş köpüklərinin təhlükələri açıqlanıb

Dünyanın bir sıra ölkələrində bu maddənin istifadəsi qadağandır…

 

Bütün təraş köpükləri kişilərin sağlamlığı üçün təhlükəsiz hesab edilə bilməz, çünki onların bəzilərində dietanolamin adlı zəhərli maddə var.

 

Tacxeber.com bildirir ki, bunu həkim Yelena Malışeva “Birinci” kanalda yayımlanan “Sağlam Yaşa” proqramının efirində bildirib. Onun sözlərinə görə, bu, dəri hüceyrələrində iltihablı reaksiyaya səbəb olur. Qeyd olunur ki, dünyanın bir sıra ölkələrində bu maddənin istifadəsi qadağandır.

 

Oftalmoloq Mixail Konovalov qeyd edib ki, təraş üçün köpüklər dörd əsas komponentdən ibarətdir: su, köpükləndirici, nəmləndirici (qliserin), həmçinin müxtəlif ətirlər. Bununla belə, bəzi köpüklərdə iki son dərəcə təhlükəli maddə də ola bilər: dietanolamin (DEA) və butilmetilfenilpropional. Elmi araşdırmalara görə, DEA dəri hüceyrələrində mənfi reaksiyaya səbəb olur. Butilmetifenilpropional isə reproduktiv sistem üçün zərərlidir.

 

Heyvanlar üzərində aparılan təcrübələrdə, siçovullara bu maddə cəmi beş gün çəkilib. Nəticədə məlum olub ki, onlar toksiki olaraq sperma üçün zəhərlidir.

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə niyə xərçəng yoxdur? – ARAŞDIRMA

admin

Niyə qadınlar çox üşüyür? – Əl-ayaqlarınızı soyuq edən SƏBƏB

redaktor

Maqneziumun hansı forması nəyə faydalıdır?

redaktor