20 C
Bakı
10 Oktyabr 2026 00:34
DünyaSiyasət

Putinin çıxışını qaçırdı: Kadırov haradadır?

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya lideri Putinin Federal Məclisdə çıxışını qaçırıb.

 

Buna görə də media onun fevralın 23-dən Mərkəzi Klinik Xəstəxanada (CDB) olması və növbəti müalicə kursu keçməsi haqda iddia yayıb.

 

VÇQ-OQPU (ВЧК-ОГПУ) Teleqram kanalı yazıb ki, Kadırovun müalicə üçün Mərkəzi Klinik Xəstəxanaya getməsinə ehtiyac yoxdur. Belə ki, ötən il yayın sonunda Qroznıya yalnız bir nəfərin ehtiyacları üçün xüsusi palata yaratmaq niyyəti ilə çox bahalı və ən müasir tibbi avadanlıq gətirilib. Bu, sanksiyalar altında mürəkkəb və uzunmüddətli “əməliyyat” olub.

 

İddiaya görə, artıq Mərkəzi Klinik Xəstəxananın həkimlərə Kadırova ehtiyac olanda Qroznıya uçurlar. Bu, Kadırovun müalicə almasını gizli saxlamağa da imkan verir. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Din – Siyasətdir…

redaktor