22.6 C
Bakı
29 İyun 2026 09:02
Sağlamlıq

Bədənin mayeyə olan ehtiyacını çay, yoxsa su ilə qarşılayaq?

Bədənin mayeyə olan ehtiyacını çay, yoxsa su ilə qarşılayaq?

İnsan orqanizmi gündəlik 2 litr mayeyə ehtiyac duyur.

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, əksəriyyətimiz gün ərzində sudan çox çay içirik. Ancaq mütəxəssislər gündəlik 2 fincandan artıq çayın zərərli olduğunu deyir.

Su isə orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir. Dehidrasyon, yəni bədənin həddindən artıq su itirməsi toxuma boşluqları, oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin yığılmasına gətirib çıxarar. Su bütün bunları təmizləyir. İmmunitet sisteminin mərkəzi olan sümük iliyində, bu sistemi xərçəng də daxil olmaq üzrə, müxtəlif xəstəliklərə qarşı gücləndirər. Dərini nəmləndirir, saçların daha canlı və palaq görünməsini təmin edir. Çay sevimli içkimiz olsa da tərkibində kofein var. Gündəlik limiti keçdikdə ürəkdöyünmə, yuxusuzluq və bəzi hallarda da qan azlığı yarada bilir. Ona görə də, xüsusilə də yay aylarında bədənin mayeyə olan ehtiyacını təmiz su ilə qarşılayın.

Tacxeber.com

Oxşar xəbərlər

Ev şəraitində bütün orqanizmin təmizlənməsi – Təbii və sadə üsullar

redaktor

Qamət pozğunluğu – Uşaqlarda onurğa əyriliyi halları niyə artıb?

redaktor

50 dərdə dərman – Möcüzə bitki

redaktor