İdman

Zöhrab Gözəlbəyli “Qalatasaray”ın oyununa təyinat aldı

 

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

AVF-dən verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi yanvarın 17-də “Qalatasaray HDI” (Türkiyə) və “Fonte Bastardo” (Portuqaliya) arasında İstanbulda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Bir məğlubiyyət, min unudulan qələbə

redaktor

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

admin