İqtisadiyyat

“Veysəloğlu” məhkəməyə verildi

 

“Veysəloğlu” MMC məhkəməyə verilib.

Tacxeber.com-ın məlumatına görə, “NPG Azerbaijan” MMC şirkətlə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə işinin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – əmlak tələbidir.
İşə hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Veysəloğlu” MMC 22.05.2006 tarixində yaradılıb və “Araz” supermarketlər, “Oba” marketlər şəbəkəsi, “Ulduz”, “Xonça” fabriki, “Badamlı”, “Sirab” zavodları və s. şirkətlərin də daxil olduğu “Veysəloğlu Qrup” MMC-yə daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

Turizmi proqramlarla yox, sərhədləri açmaqla inkişaf etdirərlər

redaktor

Konqresmenlər banklara və limanlara Rusiya dizeli ilə bağlı xəbərdarlıq ediblər

admin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

admin