Cəmiyyət

Milli Məclisin deputatının oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI – FOTOLAR

Milli Məclisin keçmiş deputatı Yevda Abramovun oğlu Sasun Abramov israilli əsgərlər üçün sendviç hazırlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, HƏMAS-ın terror hücumuna qarşı vuruşan İsrail hərbçilərinə dəstəyini nümayiş etdirib.

S.Abramova sendviçlərin hazırlanmasında övladları da kömək olub.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu isə buna cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Xatırladaq ki, mərhum Y.Abramovun oğlu S.Abramov uzun illərdir İsrailin Karmiel şəhərində yaşayır.

Fotoları təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin