Cəmiyyət

“Mənim bankım yoxdur oğlum general Teymur Mehdiyevindir…” – Ramiz Mehdiyev

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib. Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib.

“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”

Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?

“ Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır.”

Bank həqiqətən hazırda satışdadır?

“Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə y

alan məlumatlar hardan çıxır bilmirəm.”

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin