DünyaSiyasət

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi Bakıda keçirilib.

Tacxəbər.com APA-nın məlumatına istinadən xəbər verir ki, tədbirdə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Estoniyanın Azərbaycanda səfirliyinin açılması Estoniya üçün prioritet məsələlərdən biridir.

“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bu, maliyyə resurslarının ayrılması ilə bağlı danışıqlar tələb edir. Lakin yeni səfirliklərin açılması bizim üçün çox vacib idi və Azərbaycan prioritetlərimizdən biri idi. Azərbaycan həm regional, həm də tarixi baxımdan bizim üçün çox vacib tərəfdaşdır. Xalqlarımız bir-birini tanıyır və ölkələrimiz arasında işgüzar əlaqələr inkişaf edir”, – deyə Tsaxkna qeyd edib.

Estoniya xarici işlər naziri xatırladıb ki, ötən il Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə Bakıda səfirlik açacağına söz verib.

“Keçən il burada olduğum zaman Prezident İlham Əliyevə söz vermişdim ki, gələn il yenidən Azərbaycana gələcəyəm və səfirliyimizi açacağam. İndi Prezident İlham Əliyevlə görüşdən qayıdıram və deyə bilərəm ki, biz estonlar sözümüzün üstündə dururuq. Bu, bizim üçün çox vacibdir”, – deyə nazir vurğulayıb.

Marqus Tsaxkna həmçinin bildirib ki, Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var.

“Qonşularla münasibətlərin qurulması, diplomatiya, demokratiya, iqtisadi inkişaf, regional proseslərdə lider olmaq və dostluq münasibətlərinin inkişaf etdirilməsi məsələlərində Azərbaycandan öyrənməli olduğumuz çox şey var”, – deyə o bildirib.

Nazir iki ölkə arasında uzunmüddətli əməkdaşlığın inkişafının davam edəcəyinə əminliyini ifadə etdi.

“Estoniyalı ilə dost olduqdan sonra bu dostluq əbədi davam edəcək. Bunu yaxşı bilirəm. Xarici İşlər Naziri ilə də dostluq münasibətlərimiz var və əminəm ki, gələcəkdə Azərbaycanda daha çox dostlarımız olacaq”, – deyə Tsaxkna əlavə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıda səfirliyinin rəsmi açılışını iki ölkə arasında münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.

Ceyhun Bayramov qeyd edib ki, “Əvvəlcə estoniyalı həmkarımı, səfirliyin bütün əməkdaşlarını və hər birimizi bu mühüm hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu qərara görə Estoniya hökumətinə, xüsusən də əziz dostum, Xarici İşlər Nazirinə minnətdarlığımı bildirirəm”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin

Boris Conson Qərbdən Rusiyaya qarşı müharibəyə başlamağı tələb edir

redaktor