İdman

Azərbaycan Premyer Liqasında qalmaqallı an yaşandı – VİDEO

 

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilən “Qarabağ”-“Araz-Naxçıvan” oyununda qalmaqallı an yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin futbolçusu Rahil Məmmədov rəqibi Ervis Maşenkaya qarşı cərimə meydançasının daxilində kobud oynayıb.

Lakin hakim Nicat İsmayıllı həmin epizodda penalti qərarı verməyib.

Sözügedən hadisə müzakirələrə səbəb olub.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq. Son oyun günündə iki matçdan biri hazırda “Qarabağ” “Araz-Naxçıvan” arasında keçirilir. Günün digər matçında isə saat 20:00-da “Sabah” və “Neftçi” klubları üz-üzə gələcək.

 

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin