19 C
Bakı
20 Oktyabr 2026 23:26
Hadisə

Azərbaycanlı qızları Türkiyədə əxlaqsızlığa cəlb edən qadından xəbər var

 

İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın barəsindəki barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Ali Məhkəmədə keçiriləcək proses avqustun 15-nə təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Qadın Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub. Məlumata görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin