Hadisə

Danimarkada daha bir çirkin hücum: Türkiyə səfirliyinin qarşısında Quranı yandırdılar

 

Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı vandallıq təşkil edilib.

Tacxeber.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, təxribat polisin mühafizəsinin iştirakı ilə baş verib.

Belə ki, Quranı yandıran qrup türk məhsullarını boykot etməyə çağıran pankartlar açıb.

Paytaxt Kopenhagendə İslam əleyhdarı və ifrat millətçi “Danimarka Patriotları” qrupunun üzvləri Qurana qarşı təxribatlarını bu gün də davam etdiriblər.

Onlar Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında İslamı təhqir edən şüarlar səsləndiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

2 bacı birləşib 14 su sayğacı oğurladılar

redaktor

Bakıda “Honda” səkiyə çırpıldı: Piyada son anda xilas oldu – Anbaan görüntülər

redaktor

İranda iki siyasi məhbus edam edildi

redaktor