Cəmiyyət

Dənizkənarı Bulvarda kaktusların soyqırımı davam edir – VİDEO

İnsanlar Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir verməyiblər.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə müvafiq sorğu ünvanlanıb.

Qeyd edək ki, bir müddət öncə də sözügedən ərazidəki dekorativ bitkilərə ziyan vurmaq məqsədilə, yarpaqlarını yandıran şəxsin görüntüləri yayılmışdı.

Həmin videogörüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

BDU dosentinin intiharı… Bəzi suallar və qənaətlər

redaktor

Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu…

redaktor

“Kəpəz” – “Qarabağ” oyununa cəmi 500 bilet qalıb

admin