Kriminal

Tanınmış vəkilə saxta ittihamla 8 il

Vəkillər Kollegiyasının keçmiş üzvü, bir ilə yaxındır həbsdə olan hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istənilib. Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyib ki, N.Səfərova qarşı irəli sürülmüş dələduzluq ittihamı məhkəmədə sübuta yetirilib.

72 yaşlı hüquqşünas isə özünü təqsirli bilmir və ittihamın saxta olduğunu bildirir. Noyabrın 19-da məhkəmədə prokurorun çıxışından öncə həm özü, həm də vəkilləri 19 vəsatət qaldırıblar. Onlar deyiblər ki, həqiqətin üzə çıxması üçün qaldırdıqları məsələlərin araşdırılması vacibdir.

N.Səfərov Günel Əfəndiyeva adlı qadından işə düzəltmək adı ilə 53 min manat pul alaraq onu aldatmaqda ittiham olunur. Özü isə bildirir ki, həbsindən öncə nə bu qadınla görüşüb, nə də ondan pul alıb.

Vəkillər vəsatət qaldırıblar ki, telefon anten məlumatları və kamera görüntüləri alınaraq araşdırılsın. Bununla da zərərçəkmiş G.Əfəndiyevanın dediyi vaxtlarda və yerlərdə onların N.Səfərovla görüşüb-görüşmədiyinə aydınlıq gətirilsin.

Amma Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətləri təmin etməyib. Ümumiyyətlə, noyabrın 19-da müdafiə tərəfinin qaldırdığı 19 vəsatətin heç biri təmin olunmayıb.

N.Səfərov və onun vəkilləri məhkəmənin bu cür gedişinə etiraz ediblər. Onlar deyiblər ki, məhkəmə faktiki olaraq heç bir araşdırma aparmaq istəmir.

Hakim M.Kərimova məhkəmə istintaqının yekunlaşdığını elan edəndə də müdafiə tərəfi narazılığını bildirib: “Nə araşdırma aparıldı ki, məhkəmə istintaqı da yekunlaşdırılsın?!”.

Məhkəmə istintaqı yekunlaşandan sonra prokuror çıxış edərək N.Səfərovun 8 il azadlıqdan məhrum olunmasını istəyib.

Noyabrın 26-da keçiriləcək növbəti məhkəmə iclasında N.Səfərovun vəkilləri müdafiə nitqi ilə çıxış edəcək, ardınca özü son sözünü deyəcək və hökm oxunacaq. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Faciələrin qarşısını necə ala bilərik?

redaktor

Trampa sui-qəsd planlaşdırdığına görə Pakistan vətəndaşı 27,5 il həbs cəzasına məhkum edilib

redaktor

Azərbaycan sərhədində narkotik daşıyan paraşütçü saxlanılıb

redaktor