CəmiyyətİdmanMaraqlı

“Kəpəz” – “Qarabağ” oyununa cəmi 500 bilet qalıb

Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasına biletlərin böyük hissəsi satılıb.

Tacxeber.com xəbər verir ki, “Kəpəz” futbol klubu azarkeşlərin və media nümayəndələrinin suallarına cavab olaraq bilet satışı ilə bağlı açıqlama yayıb.

Klubun məlumatına görə, Gəncə Şəhər Stadionunda keçiriləcək oyun üçün “Qarabağ”a qonaq komandanın istəyinə uyğun olaraq 976 bilet ayrılıb. Azarkeşlər satışa çıxarılan biletləri, o cümlədən qonaq komandanın kvotasını qısa müddətdə alıblar.

Ehtiyatda saxlanılan sonuncu W-6 sektorunun biletləri də satışa buraxılıb. Açıqlamanın yayımlandığı günün sonuna satışda cəmi 500 bilet qalıb.

W-6 sektoruna biletləri yalnız Gəncə Şəhər Stadionunun kassalarından əldə etmək mümkündür. Klubun bildirdiyinə görə, kassa açıqlamadan sonrakı gün saat 09:00-dan 18:00-dək işləyəcək.

 

Mənbə: “Kəpəz” futbol klubu

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şirin yem pulu, adamın maaşı

redaktor

Faciələrin qarşısını necə ala bilərik?

redaktor

Qadın və kişi həkim

redaktor