22 C
Bakı
09 Oktyabr 2026 16:06
GündəmSiyasət

Qarabağda “sülhməramlı” kimi xidmət edən erməni – FOTO

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.

Tacxeber.com xəbər verir ki, “Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə – Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.

Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi antiazərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.

“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, – məlumatda bildirilib..

Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Hicab Allahın əmri və namus-qeryrət rəmzi deyil

redaktor