O, hicabını çıxartdı. Və atası, qardaşları onun buna görə öldürülməli olduğuna qərar verdilər.
Dəhşətli, faciəli həyat hekayəsi Hollandiyanı (Niderland) sarsıdıb. Suriyalı ailədən olan on səkkiz yaşlı qız Rayan əl-Nəccar konservativ radikal dindar ata və qardaşları tərəfdən illərlə sıxıntıda saxlanır. Və qız, 18 yaşı tamam olub, yetkinlik hüququna çatanda, həyatını sərbəst yaşamaq istəyir. Hicabını çıxartmağa, istədiyi təhsili almaq və işləməyə qərar verir və sevdiyi oğlanla (deyilənə görə türk) da tanış olurlar.
Amma, fanat dindar atası hicabsız qızının ailə üçün rüsvayçılıq olduğunu qət edir. Nəticədə ata və 2 oğul ailəvi “dinə qarşı çıxma günahlı qisası” həyata keçirmə fətva qərarını verirlər.
2024-cü ilin, may ayının 28-də Muhannad və Muhəmməd qardaşları Rayanı işlədiyi yerdən Rotterdamdan götürüb, düz atalarının yanına gətirdilər. Dərhal yapışqan lentlə qollarını və ağzını bağlayırlar, onu diri-diri dərin olmayan gölməçəyə atıb, gedirlər. Qız, əli və qolu açıq olsa çıxa bilərdi, dərinlik boyu səviyyədə olub, və çalışır aça bilmir, çarəsiz qız göldə boğulur.
İstintaq ekspertiza qızın dırnaqlarının altında, və yapışqan lentdə atasının DNT-sini tapırlar. Rayanı çağıranda mesajlar və telefon qeydləri də qardaşlarının qətldəki iştirakını təsdiqləyir.
Ata Xalid əl-Nəccar isə tələsik Suriyaya qaçır, oradan polisə qətli yazılı ifadə ilə etiraf edir. 5 oktyabr 2026-cı il məhkəmə onu qiyabi olaraq 30 il və hər iki oğlunu isə, 20 il həbs cəzasına məhkum edib. Atasını Suriyadan almaq üçün Niderland hökuməti rəsmi tələb edib. Verərlər.
Hollandiya mətbuatı bu faciəni geniş şəkildə işıqlandırıb. Məhkəmə isə atanın qəddarlığını ağılasığmaz vəhşilik adlandırıb, və jurnalistlər bunu ailədə qızlarının illər boyu sıxışdırılması ənənəsinin real faciəvi nəticəsi hesab etdilər.
Qız sadəcə normal azadlıq, həyatını qurmaq istəyirdi. Ailəsi amansız ölümə məhkum etdi.
Mənbələr: https://www.telegraph.co.uk/world-news/2025/11/28/syrian-brothers-honour-killing-teenage-sister-netherlands/
https://www.wsj.com/opinion/the-west-needs-to-open-its-eyes-to-honor-killing-747e8ca1

