“Nvidia”nın keçmiş baş direktoru Censen Huanla münasibəti olduğu bildirilən Alis Huanın Çin kəşfiyyatının əməkdaşı ilə bir ildən çox əlaqə saxladığı iddia olunur.
Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, “The New York Times” bu barədə ABŞ kəşfiyyat məlumatları ilə tanış şəxslərə əsaslanaraq yazıb. İddiaya görə, əlaqələr 2025-ci ilin yazından 2026-cı ilin payızınadək davam edib.
“ABC News”un mənbələri də Alis Huanın Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşı ilə təmasda olduğunu bildiriblər. Bu dövrün bir hissəsi onun Sinqapurda yerləşən “Megaspeed” şirkətinin “Nvidia” çiplərini əldə etdiyi vaxtla üst-üstə düşür.
ABŞ-da Alis Huan və şirkəti ilə bağlı araşdırma davam edir. Ədliyyə naziri Todd Blanş daha əvvəl onun Çin casusu olub-olmadığı barədə yekun nəticəyə gəlinmədiyini açıqlamışdı. Yeni məlumatlar da hələlik media mənbələrinin iddialarıdır.
