DünyaHadisəMaraqlı

İstanbulda aslan həyəcanı: sakinlərə evdən çıxmamaq çağırışı edilib

İstanbulun Sarıyer rayonunda dişi aslan olduğu ehtimal edilən heyvanın görünməsi geniş axtarış əməliyyatına səbəb olub.

Tacxeber.com “Euronews”a istinadən xəbər verir ki, noyabrın 22-də axşam Uskumruköy məhəlləsində təhlükəsizlik kameralarına aslana bənzəyən heyvanın görüntüləri düşüb. Əraziyə jandarma, polis və heyvanların mühafizəsi üzrə mütəxəssislər cəlb olunub.

Türkiyənin Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin məlumatına görə, meşəlik ərazidə aparılan axtarış nəticəsində heyvanın yeri müəyyənləşdirilib. Baytarların da iştirak etdiyi qrup onu sağ tutmağa çalışır.

Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu sakinləri ehtiyatlı olmağa və evlərindən çıxmamağa çağırıb. O, bunun həm insanların təhlükəsizliyi, həm də axtarışa maneə yaranmaması üçün vacib olduğunu bildirib.

Noyabrın 23-ü səhər yayılan məlumatlarda heyvanın tutulduğu təsdiqlənməyib. Onun haradan gəldiyi də hələ açıqlanmayıb.

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Nvidia” qalmaqalında yeni iddia: Çin kəşfiyyatı ilə bir ildən çox əlaqə

admin

Çin və Rusiyadan İrana “nüvə qulaqburması”: Araqçi “задняя скорость” moduna niyə keçdi?

redaktor

İranda elektrik kəsintisinə start verildi

redaktor