26 C
Bakı
27 Sentyabr 2026 13:44
Dünya

Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb – VİDEO

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb.

Rusiya Müdafiə Nazirliyi onun xüsusi hərbi əməliyyatlar zonasındakı “Qərb” qoşun qrupunun qabaqcıl komanda məntəqəsinə səfəri ilə bağlı görüntülərini yayıb.
S. Şoyqu qrup komandiri general-polkovnik Yevgeni Nikiforovun mövcud vəziyyət barədə məruzəsini dinləyib.
Müdafiə naziri şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin planlarını əvvəlcədən aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək barədə tapşırıq verib.

O, həmçinin fəal kəşfiyyat işlərinin davam etdirilməsini əmr edib. Qeyd edək ki, iyunun 24-də “Vaqner” özəl hərbi şirkəti silahlı qiyama cəhd etmişdi. Bundan sonra S. Şoyqu barədə heç bir məlumat yox idi.  (bizim.media)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor