Bir neçə gündür ki, Qəzzaya güclü yağış yağır. İlk öncə ondan başlayım ki, yağış doğru yerə yağmır. Qəzzanın bir neçə yüz kilometrliyində yerlər var ki, oralara yüz illərdir yağış yağmır, o yerlərdə hər gün minlərlə uşaq susuzluqdan ölür. Övladları gözlərinin önündə susuzluqdan ölən valideynlər yağış duası edib yağış istəyir, yağış isə ora yox, çadır şəhərciyində yaşayan qəzzalıların başına yağır.
Qəzzalı uşağa, uşaqlara gəlincə:
Bu uşaq, xəstəlikdən, İsrailin mərmilərindən sağ qurtula bilsə, 15-16 yaşından sonra əlinə silah alıb İsrailə qarşı savaşacaq. Uşaqlıqdan o qədər ölüm-itim, qan-qırğın görüb ki, bu uşaq. Bütün bu hadisələr onun həyatında psixoloji travma yaradıb. Onun üçün bütün fəlakətlərinin, ağrı-acılarının baiskarı İsraildir, haqlıdır da.
Buna görə əli silah tutmağa başlayan kimi İsrailə qarşı savaşa qalxacaq. İsrail də öz insanını, ərazisini müdafiə etmək üçün onu öldürəcək. Gizləndiyi yerə mərmi atacaq, evi dağılacaq, onun övladı evsiz qalıb çadır şəhərciyində yaşayacaq. Yenə yağış yağacaq, yenə yağış doğru yerə yağmayacaq, yenə uşaq fəryadları çadır şəhərciyini bürüyəcək. Sağ qalanlar böyüyüb silaha sarılacaq və bu proses davam edəcəklər.
Bütün baş verənlərin tək səbəbi bu toplumun inancı ilə bağlıdır. Onların kitablarında yəhudi lənətlənmiş, murdar xalqdır. 1947-ci ildə BMT fələstinli ərəblərin çoxluq təşkil etdiyi yeri Fələstin, yəhudilərin çoxluq təşkil etdiyi yeri İsrail kimi tanıyırıq dedi. Yəhudilər buna razı oldu, ərəblər razı olmadı. Dedilər ki, Allahımızın lənətlədiyi topluma icazə vermərik ki, dövlət qursun. Özlərinin 22 dövləti var, yəhudilərin 1 dövlətinin olmasına isə razı deyillər.

