Sağlamlıq

Dodaqlarınız tez-tez quruyursa, bunları edin

 

Dodaqlarınız tez-tez quruyur? Əgər bu, küçədə baş verirsə, dodaq çatlayır. Təbii haldır. Digər halda isə bunun səbəbi orqanizmdə vitamin və aminturşusu çatışmazlığıdır.

Bəzən istifadə etdiyiniz dodaq boyası da allergiya yarada bilər. Elə insanlar var ki, onların bədəni nikotin qəbul etmir. Dodaq ətrafındakı çatlar stafilokok və ya göbələyə yoluxmanın göstəricisidir.

Nə etməli?

Əgər problem yeni başlayıbsa, bunu özünüz də aradan qaldıra bilərsiniz. Məsələn, dodaq boyanızı dəyişdirin, gün ərzində su qəbulunu çoxaldın (1,5 litrdən çox olmasın). Yediklərinizə diqqət edin: süd məhsulları, yulaf, qara çörək, ət, tərəvəz və meyvələri çox yeməyə başlayın.

Problem qısa zamanda həll olunmasa, həkimə müraciət etməyi yaddan çıxartmayın. Ola bilsin ki, problem ciddidir, sizə həkim müalicəsi lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər

Hər gün limonlu su için

redaktor

Cəmi 16 kalorisi olan xiyarın indiyədək bilmədiyiniz faydaları – Sən demə…

redaktor

Kolbasaların uşaqlar üçün təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

redaktor