Hadisə

Türkiyədə genişmiqyaslı əməliyyat: 132 nəfər HƏBS EDİLDİ

 

İstanbulda polis valyuta bazarına investisiyalarla dələduzluq etməkdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Tacxeber.com xəbər verir ki, əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 132 nəfəri saxlayıb, onların barəsində araşdırmalar aparılır.

İstintaq zamanı məlum olub ki, şübhəlilər Kapital Bazarı Qurumunda (SPK) qeydiyyatdan keçməyən qeyri-qanuni şirkətlər yaradıblar. Onlar sərmayə qoymağı təklif edərək müştəriləri şirnikləndiriblər və sonda investisiyaların uğursuz olduğunu iddia edərək pullarını mənimsəyiblər.

Bundan sonra 160-dan çox ayrı-ayrı şirkət oğurlanmış pulların “izini itirməyə” kömək edib. Vəsaitlər Britaniya və Monteneqroya çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıdakı İsrail səfirliyi fəaliyyətini dayandırdı?

admin

Şəhidimizin atası: “Oğlum bu gün evə gələcəkdi” – VİDEO

redaktor

Yekaterinburqda yaşamış “qanuni oğru Tərtərli Zaur”

admin