22.8 C
Bakı
10 İyun 2026 00:24
Şou

Elgiz yuxusunu danışdı – Hamını kövrəltdi

Elgiz yuxusunu danışdı - Hamını kövrəltdi

“Mən və dayım koronavirusa yoluxduq. Allah məni sizlərə görə bağışladı, sağaldım, lakin dayım dünyasını dəyişdi. Dayımı yuxularımda görmürdüm, 2 il yuxuma gəlmirdi”.

Tacxeber.com bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Televiziya ulduzunun dayısı ilə bağlı etirafı hər kəsi kövrəldib:

“Dayımın Londonda təhsil alan, savadlı oğlu gözündən əməliyyat olundu. Əməliyyatla bağlı bütün köməkliyi ona mən etdim. Əməliyyat çox yaxşı keçdi, həmin günün axşamı dayım yuxuma girdi və mənə təşəkkürümü bildirdi.

Yuxumda kostyum geyinmişdi, gəldi onümə. Mən də ona sarı gedib, görüşmək istədim. Amma icazə vermədi. Əli ilə yaxınlaşmamağı söylədi. Dayım demək istəyib ki, hələ sənin vaxtın deyil. Yuxulara mütləq inanmaq lazımdır. Mənə təşəkkürünü bildirib, çıxıb getdi”.

Tacxeber.com

Oxşar xəbərlər

Elgiz Əkbər: “Ailəmin efirdə nə işi var?“

redaktor

“Onların telefonları ilə sevgiliyik” – Nəsrin Cavadzadə

redaktor

Şakira fotosessiyasını azərbaycanlı fotoqrafa etibar etdi

admin