24 C
Bakı
22 Sentyabr 2026 13:10
Hadisə

Naxçıvanda saxlanılanlar var: Mal əti adı altında at əti satırmışlar…

 

Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Tacxeber.com xəbər verir ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri – Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da prezidentə qarşı media boykotu

admin

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin

Vardanyan Ombudsman: “Özünüz öz qanunlarınıza əməl edin”

admin