Hadisə

Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub, onlarla ölən var

 

Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.

Bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday teleqramda bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində “müalicə alan onlarla” rusiyalı hərbçi ölüb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Müdafiə qurumunun məlumatına görə, olayda 14 nəfər ölüb.

Tacxeber.com

Oxşar xəbərlər

11 Sentyabr-Əsrin zorakılıq təməli

redaktor

İki Anara 25 il iş

admin

Gəncədə ” Fizuli”nin tüstüsü

admin