22.2 C
Bakı
10 İyun 2026 03:24
Gündəm

Vasif Talıbov İqbal Ağazadəyə lütf göstərib?

 

Naxçıvan Muxtar Respublikasında müxalif və iqtidaryönlü partiyalar içərisində yalnız Ümid Partiyasının Naxçıvan şəhərində qərargahı fəaliyyət göstərir.

Bu barədə Axar.az-a Naxçıvanda olan şəxslərdən biri məlumat verib.

Onun sözlərinə görə, Vasif Talıbovun Ümid Partiyasına bu “lütfü”nün səbəbi haqda müxtəlif iddialar səsləndirilir, hətta bəziləri biznes ortaqlıqlarından da bəhs edir.

Bununla bağlı sualı cavablandıran Ümid Partiyası sədrinin təbliğat və informasiya məsələləri üzrə müavini Tamilla Qulami deyib ki, bu iddia əsassızdır:

“Ümid Partiyasının Naxçıvan Muxtar Respublikasında qərargahı yoxdur. Partiyanın Naxçıvanda sadəcə olaraq rayon təşkilatı var”.

Partiya sədri İqbal Ağazadənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla şəxsi əlaqəsinə gəlincə, o bildirib ki, İ.Ağazadənin istənilən şəxslə münasibəti ola bilər:

“İqbal Ağazadənin istənilən şəxslə münasibəti ola bilər, amma bu münasibət onun siyasi fəaliyyətinə təsir göstərmir. İqbal Ağazadə Azərbaycan Milli Məclisində deputat olub. Onun Azərbaycanda bir çox şəxslə əlaqəsi var, amma yenə də deyirəm bu, Ümid Partiyasının fəaliyyətinə təsir etmir”.

Tacxeber.com

Oxşar xəbərlər

Biləcəridə narkotik satan 44 nəfər TUTULDU – VİDEO

admin

Ağ evin xaos strategiyası – Avrasiyanın Enerji Çıxmazı

admin

AXCP üzvünə 10 sutka həbs cəzası verilib

admin