22.6 C
Bakı
29 İyun 2026 07:28
Dünya

Xameneinin bacısı məktub yazdı: Qardaşım xalqa yalnız əzab verdi

 

İran İslam Respublikasının ali lideri Ayətullah Əli Xameneinin bacısı Bədri Hüseyni Xamenei hakimiyyətin ölkədə sentyabrın ortalarından bəri davam edən etirazçılara qarşı repressiyalarını pisləyib.

 

Tacxeber.com xəbər verir ki, oğlu Mahmud Muradxani tərəfindən Tehrandan göndərilən məktubda o, hökumət əleyhinə etirazçıları dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri mümkün qədər tez silahlarını yerə qoymalı və çox gec olmadan nümayişçilərin tərəfinə keçməlidirlər.

O, Əli Xameneinin avtoritar rəhbərliyini tənqid edib: “Qardaşım İran xalqının səsini eşitmir. O, yalnız öz muzdlularının dediklərini İran xalqının səsi kimi qəbul edir. Ruhullah Xomeyni və Əli Xameneinin rəhbərliyi İran xalqına əzab və problemdən başqa heç nə verməyib. Qardaşımın siyasətindən narazıyam”.

Bədri Xamenei İran xalqının “despotik rejimi məğlub etməsi və devirməsi” arzusunu ifadə edib.

Xatırladaq ki, İran hakimiyyəti noyabrın 28-də Tehran Respublikasının ali rəhbərinin qardaşı qızı Fəridə Muradxanini xarici hökumətləri paytaxtla əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edib.

Fəridə və Mahmud Muradxani Bədri Hüseyni Xamenei ilə evli olan ruhani və müxalifətçi Əli Tehraninin övladlarıdır. CNN iddia edir ki, Tehrani oktyabr ayında ölüb.

Tacxeber.com

Oxşar xəbərlər

“Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik” – Netanyahu

redaktor

Böyük Britaniya Rusiyaya qarşı “tarixdə ən böyük” sanksiyasını elan edir.

admin

Sabah başlayır, iyunun 16-da pik nöqtəyə yüksələcək – ŞOK XƏBƏRDARLIQ

redaktor