26 C
Bakı
21 İyun 2025 12:05
İqtisadiyyat

Yumurtanın qiyməti niyə bahalaşır? – AÇIQLAMA

Yumurtanın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Azərbaycanda yumurta istehsalı kəskin şəkildə azalıb.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat üzrə ekspert Vahid Məhərrəmov kənd yumurtasının qiymətinin bahalaşmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, istehsalın azalması yemin qiymətinin kəskin bahalaşması ilə əlaqədardır: “Fərdi təsərrüfatında toyuq saxlamaq artıq vətəndaşlara sərf etmir. Ailə üçün 5-10 toyuq saxlayırlar, onların da yumurtası ailəni dolandırır. Yemin bahalaşması öz növbəsində yumurta istehsalına ciddi təsir edib”.

Vahid Məhərrəmov deyir ki, yay aylarında gün uzun olduğundan toyuqlar daha çox qidalanır:

“Amma indi demək olar toyuqlar yemin ümidinə qalıb və bundan əlavə gün də qısalıb, toyuqlar doyunca qidalana bilmir. Bu da yumurtanın qiymətinə təsir edir. Bu səbəbdən də kəndlilər çalışır ki, yumurtanı baha qiymətə satıb, yem üçün xərclədiyi vəsaitin bir hissəsini kompensasiya etsinlər”.

Qeyd edək ki, hazırda rayonlarda kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik arasında dəyişir.
Yumurtanın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Tacxeber.com

Oxşar xəbərlər

Kərə yağı niyə bu qədər bahadır? – “4 inəklə belə təlabat ödənmir”

redaktor

“ƏDV geri al” sistemi dəyişir, lakin primitiv problem yerində sayır

admin

İrəvan Rusiyadan pulunu geri istəyir.

admin