DünyaSiyasət

ABŞ-də Çinlə bağlı casusluq qalmaqalı böyüyür

Dünyanın ən böyük şirkəti olan “Nvidia” qalmaqal üzündən bir neçə gün ərzində bazar dəyərinin 600 milyard dollarını itirib. Şirkətin ümumi dəyəri 4 trilyon dollardan çoxdur.

Şirkətin direktoru Censen Huanq və Çin casusu olduğu üzə çıxan bir qadın arasında nikahdankənar əlaqələr ortaya çıxıb. Konqres milli təhlükəsizlik üçün təhdidlərin araşdırılmasını tələb edir.

Censen Huanq Donald Trampın yaxın dostudur. Şirkətdə artıq onun direktor vəzifəsindən uzaqlaşdırılması müzakirə edilir.

“Nvidia” dünyada mikroçip dizaynı ilə məşğul olan ən böyük şirkətdir. Dünya üzrə süni intellekt mərkəzlərinin istifadə etdiyi prosessorların 85 faizini bu şirkət təmin edir. (Bizim Yol)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp və Respublikaçılar Partiyasına Missisipi şoku…

redaktor

Əfqanıstanda kişi həkimlərin qadınları müalicə etməsi qadağan edilib

redaktor

Şençjendə (Çin) Cinpin-Putin-Tramp görüşünə 1 həftə vaxt qaldı

redaktor