Dünyaİqtisadiyyat

Herat qubernatoru: Əfqanıstan KİV-ləri əvvəlki təsirdən azad olub və müstəqilliyini bərpa edib

Əfqanıstanın Herat əyalətinin qubernatoru şeyx Mövlana İslamcar bəyan edib ki, İslam Əmirliyi hakimiyyətə gəldikdən sonra kütləvi informasiya vasitələri həqiqi azadlıq və müstəqillik qazanıb. Onun sözlərinə görə, əvvəllər KİV-lər din xadimlərini və mücahidləri mənfi şəkildə təqdim etməyə çalışırdı, bu gün isə onların real fəaliyyətini və ölkədəki vəziyyəti əks etdirir.
⠀
İslamcar vurğulayıb ki, din xadimləri və silahlı mübarizənin keçmiş iştirakçıları indi dövlət quruculuğu və iqtisadiyyatın inkişafı ilə məşğuldurlar. Nümunə kimi o, TAPI qaz kəmərini, Quştəpə kanalını, dəmir yollarının, bəndlərin və digər iri infrastruktur obyektlərinin tikintisini göstərib.
⠀
Qubernatorun iddiasına görə, hazırkı hakimiyyətin fəaliyyəti Əfqanıstan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin din xadimləri və mücahidlər haqqında təsəvvürünü dəyişib, onların Əfqanıstanın iqtisadi inkişafında, rifahında və müstəqilliyində maraqlı olduğunu göstərib.

⠀
Elçin Alıoğlu

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ ictimaiyyəti Konqresdən müharibəni dayandırmağı tələb edir

redaktor

Bədr müqaviləsi: ABŞ-dan asılılığı azaltmağa yönələn yeni müdafiə əməkdaşlığı

redaktor

Bəziləri yazır ki, bizim Əli Kərimli Ərdoğana mesaj zəng etsə, nə baş verər?

redaktor