İqtisadiyyat

Oktyabrda bu məhsullar BAHALAŞIB

Oktyabrda bu məhsullar BAHALAŞIB

Oktyabr ayında bahalaşan və ucuzlaşan məhsulların adları açıqlanıb.

Tacxeber.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın qiymətindənmüşahidə edilib.

Azalma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində qeyd edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Eyni zamanda oktyabrda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox artım geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində olub.

Tacxeber.com

Oxşar xəbərlər

Rəqəmlər həyəcan siqnalı verir: Azərbaycanda tikinti daralır

redaktor

“Görünən odur ki, Ermənistanda addım-addım belə bir iqtisadi model qurulur”

admin

85 milyard dollarımız var. Bəs bu pul necə işləyir?

redaktor