Bu gün İsrailin yeni parlamenti ilk iclasını keçirib. İclasdan öncə İsrailin himni səslənib, bu zaman ərəb deputatlar buna etiraz olaraq parlament binasını tərk ediblər. Onlar həmçinin Həması terror təşkilatı kimi tanımadıqlarını deyib həmasçılara dəstək verəcəklərini deyiblər.
Bütün bunlara baxmayaraq ərəb deputatlara gözün üstə qaşın var deyən yoxdur. Sağçı radikal yəhudilər etiraz etsə də, çoxluq deyir ki, onları İsrail vətəndaşları seçib, onların seçiminə hörmətlə yanaşırıq. Dünyanın heç bir yerində belə demokratiya, haqq-ədalət yoxdur.
Ərəb ölkələrində yaşayan ərəblər özlərinə bələdiyyə nümayəndəsi seçə bilmədikləri halda, İsrailədə deputat, baş nazir seçirlər.
Onlar İsrailə murdar, Allahın lənətlənmiş xalqı deyir, İsrail isə onlara seçib-seçilmək hüququ verir. Ərəb ölkələrində vətəndaşlar sosial vəziyyətinə, cinsiyyətinə görə siniflənir. İsraildə isə İsraail vətəndaşı olan yəhudi ilə İsrail vətəndaşı olan ərəbin arasında heç bir fərq qoyulmur.
